XİN: Azərbaycanın mövqeyi prinsipial və dəyişməzdir

XİN: Azərbaycanın mövqeyi prinsipial və dəyişməzdir

Xankəndi aeroportu ilə bağlı Azərbaycanın mövqeyinin prinsipial və dəyişməzdir. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in hazırkı sədrinin Cənubi Qafqaz üzrə nümayəndəsi Patrik Merfinin Xankəndi aeroportu ilə bağlı erməni mətbuatına verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Nazirlik sözçüsün sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı uçuşların keçirilməsi və Xankəndi aeroportunun qanunsuz tikilməsi, istifadəyə verilməsi yolverilməzdir. Azərbaycanın mövqeyi beynəlxalq qanunvericiliyə əsaslanır, atdığı addımlar da qanunvercilik çərçivəsində atılır".

Bütün xəbərlər Facebook səhifəmizdə