ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik noyabrın 19-dan 26-dək Azərbaycan və Ermənistana etdikləri səfərin yekunlarına dair birgə bəyanat yayıblar.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda qeyd edilir ki, həmsədrlər noyabrın 23-də Yerevanda Ermənistan Prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan, noyabrın 26-da Bakıda Azərbaycan Prezidenti ilham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb, ayın 21-22-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində, Zəngilan və Cəbrayıl rayonlarında olublar.
Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərdə avqust və sentyabr aylarında həmsədrlərin hər iki ölkənin xarici işlər nazirləri ilə görüşləri nəzərdən keçirilib, oktyabrın 27-də xarici işlər nazirlərinin görüşündə sülh prosesinin davamına dair təqdim edilən ideyalar müzakirə olunub. Görüşdə tərəflər işi bundan sonra da xarici işlər nazirləri səviyyəsində davam etdirmək barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB