Vahid namizəd yoxdursa Vahid adlı adam tapılsın

Vahid namizəd yoxdursa Vahid adlı adam tapılsın

Vahid namizəd uğrunda mübarizə aparan insanların potensialı göz qabağındadır. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, İctimai Palata çərçivəsində əməkdaşlıq edən siyasi partiyaların vahid namizədlə çıxış edə bilməyəcəyi hər kəsə bəllidir: "Bunula bağlı İsa Qəmbər də açıqlama verib. Lakin bu insanlar yenə də öz potensiallarını düzgün qiymətləndirə bilmirlər. İstər İsa Qəmbər, istərsə də digərləri öz namizədliklərini irəli sürsün ancaq onların seçkidə uğur qazana bilmələri sıfıra bərabərdir. Çünki onları dəstəkləyəcək heç 30-40 nəfər tərəfdar yoxdur. Biz mütəmadi olaraq bunun şahidi oluruq. Bu baxımdan bunu qeyri-ciddi bir yanaşma olaraq qiymətləndirmək olar. Bütün bunlar radikal müxalifət düşərgəsində deqradasiya prosesinin nəticəsidir. Əgər onlar vahid namizəd tapa bilmirlərsə onda Vahid adlı adam tapsınlar".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə