Azərbaycanda asiya siyasi partiyalarının toplantısının keçirilməsi onun böyük bir qitəyə açılışını təmin etdi. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.
Siyasi partiyalar həm dövlətin daxilində həm də vətəndaş cəmiyyətinin qurulmasında mühüm rol oynayır. Eyni zamanda siyasi partiyalar informasiya daşıyıcılarıdır: "Azərbaycan uzun müddət öz həqiqətlərini dünyaya çatdırmaq üçün informasiya blokadasında idi. Ancaq hazırda Azərbaycanın özü Ermənistanı informasiya blokadasında saxlayır. "İrs" partiyasının sədri Raffi Hovannisyanın Bakıdakı təxribat dolu çıxışı Ermənistanın nə qədər təxribatçı olduğunu bir daha gündəmə gətirdi".
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Asiyadakı siyasi partiyalarla bir araya gəlməsinin müəyyən mənada Azərbayacan daxilində vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir: "Bu siyasi partiyaların Azərbaycana gəlməsi, bizim siyasi partiyalarla birlikdə tədbirlər keçirməsi bəzi siyasi partiayalarımızın inteqrasiyasını təmin edir. Bizim müxalifətdə olan partiyalarımızın bəziləri qeyri sivil yolları dəstəkləyirlər. Hakimiyyətə sivil yolla yox zor gücü ilə gəlməyi gündəmə gətirirlər".
Azərbaycan Hovannasiyanın forumdakı çıxışını daha çox gündəmə gətirməli olduğunu deyən politoloq hesab edir ki, Azərbaycan tərəfi bundan yararlanmağa çalışmalıdır: "Raffi Hovannisyanının çıxışı düşünmürəm ki, beynəlxalq səviyyədə nəyəsə təsir edə bilsin. Münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqları nə Azərbaycandan, nə də Ermənistandan asılı deyil".
Münaqişənin həllində ATƏT-in Minsk qrupundan müsbət heç nə gözləmədiyini deyən politoloq bildirir ki, ATƏT-in Minsk qrupu səhvlərindən əl çəkmir: "Onlar yenə də Azərbaycana Ermənistandan gəldilər. Bu Azərbaycana qarşı hörmətsizlikdir. Azərbaycan tərəfi bu məsələni ATƏT qarşısına şərt kimi önə sürməlidir. Nə qədər ATƏT Azərbaycanın ərazi bütövlüyünü pozacaq və ərazimizə qeyri qanuni daxil olacaq onlardan müsbət heç nə gözləmək olmaz. İşğal olunmuş ərazidən hər hansı bir dövlətin sərhədini keçərək daxil olmaq beynəlxalq hüquq normalarına ziddir. Əgər ATƏT həmsədrləri bu qanunlara qarşı saymamazlıqla yanaşırsa onların ərazi bütövlüyümüzü bərpa etmək üçün ciddi bir iş görəcəkləri inandırıcı deyil. Bütün bunlar bir daha göstərir ki, ATƏT öz üzərinə düşən vəzifəni yerinə yetirə bilmir. Düşünürəm ki, Azərbaycan ATƏT-in həmsədrliyindən imtina etməlidir. Azərbaycan ərzilərini işğaldan azad etmək üçün hər hansı bir beynəlxalq təşkilata arxayındırsa bu özünü doğrultmayacaq. Necə ki 20 ildə bu mümkün olmayıb".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB