Rusiyadan Türkiyəyə Patriot xəbərdarlığı

"Patriot" raketinin tətiyi Türkiyədə olacaq
Rusiyadan Türkiyəyə Patriot xəbərdarlığı

"Türkiyəyə yerləşdirilməsi planlaşdırılan Patriot mərmiləri bölgədə hərbi qarşıdurma riskini artırar. Daha çox silahların istifadə edilmə təhlükəsi meydana çıxar. Bu da hər hansı təxribata səbəb ola bilər". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Moskvada təşkil edilən mətbuat konfransında çıxış edən xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç isə Türkiyə-Suriya sərhədinə Patriot yerləşdirilməsinin bölgəyə sabitlik gətirməyəcəyini söyləyib. Rusiya XİN-in xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi brifinqdə Türkiyə-Suriya sərhədinə "Patriot" raket qurğusu yerləşdirilməsinin bölgəyə sabitlik gətirməyəcəyini söyləyib: "Rəsmi Moskva Türkiyə-Suriya sərhədinin hərbiləşdirilməsini həyəcan siqnalı hesab edir. Biz artıq Türkiyəyə xəbərdarlıq etmişik. İndi mənə bunu şərh etmək çətindir. NATO-dan olan tərəfdaşlarımızın reaksiyasını görəcəyik. Lakin birmənalı olaraq deyə bilərəm ki, Türkiyə öz potensialını dialoqu başlatmaqdan ötrü Suriya müxalifətinə təsir etmək üçün istifadə etməlidir, əzələlərini şişirdib vəziyyəti daha da təhlükəli etmək üçün deyil".

Türkiyənin hakim partiya sədrinin müavini Hüseyn Çelik mətbuat konfransında çıxışı zamanı bildirib ki, Suriya sərhədinə yerləşdirilən "Patriot" raketinin tətiyi Türkiyədə olacaq.

Qeyd edək ki, Türkiyə Suriya ilə sərhədə yaxın ərazisində "Patriot" raketlərinin yerləşdirilməsi ilə bağlı Şimali Atlantika Müqavilə Təşkilatına (NATO) müraciət edib. Bununla bağlı açıqlama verən NATO-nun baş katibi Anders Fogh Rasmussen raketlərin yerləşdirilməsinin Türkiyənin hava müdafiə imkanlarını artıracağını bildirib və ittifaqın bu ərizəni dərhal müzakirə edəcəyini deyib.

Hələ bir müddət əvvəl cənab Rasmussen demişdi ki, lazım olduqda ittifaq Türkiyəni "müdafiə etməyə və qorumağa" hazırdır. Almaniyanın xarici işlər naziri artıq deyib ki, NATO üzvü olan Türkiyənin ərizəsi qəbul edilməlidir. Hava güllələri Suriyadan Türkiyə ərazisinə düşəndən sonra ötən ay Türkiyə ordusu bir neçə dəfə sərhədindən Suriyaya cavab atəş açıb. Bu atışma Türkiyədə beş mülki şəxsin ölümündən sonra baş verib. Onu da qeyd edək ki, "Patriot" raket sistemi Türkiyə ərazisində iki dəfə - 1991 və 2003-cü illərdə, birinci və ikinci İraq müharibəsi dövründə yerləşdirilib. Lakin bu qurğudan istifadə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə