Biz müxalifətçi mövqe sərgiləyə bilmərik

Biz müxalifətçi mövqe sərgiləyə bilmərik

Asiya Siyasi Partiyaların Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin Bakıda keçirilən iclasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Teymurxan iqtidara bir sıra təkliflər irəli sürüb. SİA-nın verdiyi məlumata görə, partiya üzvü təklif edib ki, Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yaradılsın.

Onun sözlərinə görə, bu təşkilat Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi Asiyada mövcud olan münaqişələrin həllində vasitəçi olmalıdır: "Biz müxalifətçı olmağımıza baxmayaraq itirilmiş torpaqlarımıza qarşı müxalifətçi mövqe sərgiləyə bilmərik. Azərbaycan ətrafında olan bütün qonşu dövlətlərlə sıx əlaqələr qurub. Amma buna baxmayaraq Ermənistan dövləti ilə 25 ildir ki, konflikt hökm sürür. Bu, bir daha göstərir ki, adıçəkilən bu dövlət beynəlxalq qanunlara əməl etmir, bununla belə BMT-nin bütün nizamnaməsini və qətnaməsini kobud şəkildə pozur".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə