"Biz Xocalı ilə bağlı məsələdə ədalətə nail olmalıyıq. Xocalı soyqırımı faktını tanıdığı üçün Pakistan və Meksikanın parlamentlərinə minnətdarlığımızı bildiririk". Bunu Milli Məclisin deputatı Asim Mollazadə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu cür cinayətləri dayandırmaq üçün bizə bütün dünya siyasətçilərinin köməyi lazımdır: "Beynəlxalq ictimaiyyətin öz səylərini birləşdirməsi və dünyada ədalət sistemini yaratması vacibdir. Biz qisasa yox, ədalətə çağırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB