Mübariz Qurbanlı erməni nazirin fikirlərini absurd adlandırdı

Mübariz Qurbanlı erməni nazirin fikirlərini absurd adlandırdı

"Bu gün dünyada sülh və əməkdaşlığa böyük ehtiyac var. Məlumdur ki, XX əsr bəşər tarixində iki böyük müharibə ilə yadda qalıb. Çox təəəsüflər olsun ki, müxtəlif dairələrin səyi nəticəsində bu gün dünyada yenə də bu problemlər yaşanmaqdadır. Bu problemlərlə bir növ terrorizimlə məşğul olan insanlar, islamafobiyaçılıq siyasətini həyat keçirən şəxslər maraqlıdır".

SİA-nın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bu gün Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının ikinci günüdə çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra qarşısına əsas vəzifə kimi sabitliyin bərqərar olamsını qoyub: "Lakin bu gün dünyada bu xaos hələ də yaşanmaqdadır. Hesab edirəm ki, hər bir məsələyə obyektiv yanaşmaq lazımdır. Danılmaz faktdır ki, bu gün Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi hələ də gündəmdədir".

Mübariz Qurbanlı həmçinin ötən gün "İrs" partiyasının sədri Raffi Ovannisyan Dağlıq Qarabağla bağlı söylədiyi fikirlərə də münasibət bildirib: "Hesab edirəm ki, erməni nazirin Dağlıq Qarabağla bağlı söylədiyi absurd fikirlər, tarixi həqiqətlərin yenidən təhlil edilməsini tələb edir".

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə