Mustəqil Azərbaycan dövlətinin inkişafında misilsiz rol oynayan Yeni Azərbaycan Partiyası bu il 20 illiyini qeyd edir. Hazırda öz sıralarında 600 minə yazın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirir.
1992-ci il oktyabrın 16-da tanınmış Azərbaycan ziyalılarının müraciəti "Səs" qəzetində dərc olundu. Əslində Azərbaycan əhalisinin böyük əksəriyyəti bu tələblərlə çıxış edirdi. Ulu öndər Heydər Əliyevə çox saylı müraciətlərdən sonra nəhayət, ulu öndərimiz bütün bu müraciətlərə və ziyalıların məktubuna cavab verərək partiyanın yaradılmasına razılıq verdi. Bu razılıq partiyanın yaradılmasında həlledici rol oynadı. Heydər Əliyev ölkəmizin qurtuluşu naminə həyata keçirdiyi məsədyönlü fəaliyyətinin nəticələri qısa müddətdə öz bəhrəsini verdi. Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, xaos, anarxiya halları, vətəndaş müharibəsi təhlükəsi aradan götürüldü, qanunsuz silahlı dəstələr ləğv edildi, cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar oldu.
YAP-ın sədri, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatda dirçəliş əldə olundu və sadə vətəndaşların qorxulu kabusuna çevrilən inflyasiyanın qarşısı alındı. Məhsul istehsalı ilbəil artırıldı. Azərbaycan tarixinə "Əsrin müqaviləsi " kimi daxil olan neft kontraktı bağlandı. Bu kontraktın bağlanması ilə ölkəmizin inkişafı yeni fazaya daxil oldu. İqtisadiyyatın digər sahələri, o cümlədən kənd təsərrüfatı yeni münasibətlər əsasında inkişafa başladı. MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda radikal torpaq islahatı keçirildi, torpaq onu əkib-becərəninə verildi. Kəndlərdə yeni təsərrüfat formaları - kəndli-fermer təsərrüfatları yaradıldı. Mənim yaratdığım "Yaşıl çay" k/f təsərrüfatı da bu müsbət dəyişikliklərin məntiqi nəticəsi kimi meydana gəldi. Digər tərəfdən ölkəmizdə söz azadlığı bərqərar oldu, senzura aradan götürüldü. Bütün bu müsbət dəyişikliklər məhz iqtidarda olan Yeni Azərbaycan Partiyasının iradəsi sayəsində mümkün oldu. Yeni Azərbaycan Partiyası bu gün xalqın sağlam qüvvələrini öz ətrafına toplayan ən mətin və mütəşəkkil siyasi qüvvədir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz siyasi-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. İndi respublikamızda davamlı iqtisadi inkişaf, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, yoxsulluğun azaldılması, qaçqın və məcburi köçkünlərə qayğı, regionların inkişafı kimi mühüm vəzifələr uğurla yerinə yetirilir.
Ulu öndərimizin dediyi kimi: "Dünənin, bu günün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyasının bütün üzvlərini YAP-ın yaranmasının 20 illik yubileyi münasibətilə "Yaşıl çay" k/f təsərrüfatı və "Yaşıl çay" jurnalının kollektivləri adından təbrik edir, onlara Azərbaycan Respublikasının parlaq gələcəyi naminə uğurlar arzulayırıq.
Araz YAĞUBOV,
"Yaşıl çay" k/f təsərrüfatı və "Yaşıl çay" jurnalının təsisçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB