YAP Ağsu rayon təşkilatının toplantısı keçirilib

YAP Ağsu rayon təşkilatının toplantısı keçirilib

Bu gün Ağsuda hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının toplantısı keçirilib. İclasda YAP-ın icra katibinin müavini, millət vəkili M.Qurbanlı, Milli Məclisin deputatı Ərəstun Cavadov, rayon İcra Hakimiyyətinin məsul nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə partiyanın keçdiyi yol, əldə etdiyi uğurlar, qarşıdan gələn prezident seçkilərinə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı bir sıra müzakirələr aparılıb. Bildirilib ki, YAP-ın Ağsu rayon təşkilatı bölgədə kifayət qədər uğurlu fəaliyyət göstərən təşkilatlarından biridir. Qeyd olunub ki, Ağsuda görülən geniş abadlıq və quruculuq işləri bütövlükdə YAP-ın fəaliyyətinin təzahürü və Prezident İlham Əliyevin uğurlu siyasətinin göstəricisidir.

Həsən Həsənov

Bütün xəbərlər Facebook səhifəmizdə