Sədr müavini sualı cavabsız qoydu

Sədr müavini sualı cavabsız qoydu

"Rusiya hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar və müzakirələr yolu ilə öz həllini tapa bilər". SİA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiya Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya Parlamentlərarası komissiyasının həmsədri Svetlana Orlova verib.

O bildirib ki, ölkəsi problemin ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır: "Bu məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin ciddi işlər aparır: "Bizim mövqeyimiz münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaqdan ibarətdir".

Svetlana Orlova Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında aeroport tikərək istismara verməsi ilə bağlı sualı cavablandırmayıb. O bildirib ki, bu barədə məlumata malik deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə