Son proseslər də onu sübut edir ki, ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını hələ də layiqincə yerinə yetirə bilmir. SİA-nın məlumatına görə, bunu "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli söyləyib.
Onun sözlərinə görə, Minsk qrupunun bəyanatları əksinə olaraq münaqişənin daha da dərinləşməsinə zəmin yaradır: "Həmsədrlərin verdikləri son bəyanatın özü də bunu bir daha təsdiqləyir. Konkret mövqedən o zaman danışıla bilər ki, ATƏT həmsədrləri BMT qətnamələrinə uyğun olaraq açıq fikirlərini ortaya qoysunlar və işğalçı Ermənistana beynəlxalq sanksiyalar irəli sürsünlər. Bu mənada səsləndirilən bəyanatlar söz xatirinə deyilən sözlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB