Prezident Türkiyənin Baş nazirini təbrik edib

Prezident Türkiyənin Baş nazirini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanı ölkəsinin milli bayramı – Respublika günü münasibətilə təbrik edib.

AzərTAc xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda bu gün Türkiyənin özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrildiyini qeyd edib.

Prezident İlham Əliyev daim dərinləşən iş birliyimizin bundan sonra da qardaş xalqlarımızın iradəsini əks etdirərək ölkələrimizin rifahına və çiçəklənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Təbrik məktubunda dövlətimizin başçısı türk xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə