SDU-da YAP-ın 20 illiyi qeyd olunub

Sumqayıt Dövlət Universitetinin (SDU) Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatı bu partiyanın yaranmasının 20 illliyi ilə bağlı tədbir keçirib. SİA-nın məlumatına görə, SDU-nun tarix fakültəsinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Elman Xəlilov partiyanın gənc üzvlərini yubiley münasibətilə təbrik edib, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatında oynadığı xilaskarlıq missiyası barədə danışıb və bu gün yerləşdiyi regionun lider dövlətinə çevrilən Azərbaycan prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində güclənməkdə davam etdiyini diqqətə çatdırıb.

Ölkəmizdə təhsilin inkişafından danışan E.Xəlilov bu tərəqqinin SDU-nun simasında da göründüyünü qeyd edib.

Daha sonra çıxış edən universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Şahmar Aslanlı bu yaxınlarda ölkəmizin paytaxtının ev sahibliyi etdiyi Beynəlxalq Humanitar Forumdan, onun əhəmiyyətindən danışıb.

YAP Sumqayıt təşkilatının Gənclər Birliyinin sədri Elmar Məmmədov dövlətimizin gənclər göstərdiyi qayğıdan bəhs edib. Daha sonra sədr YAP Sumqayıt təşkilatının Gənclər Birliyinin fəaliyyəti barədə məlumat verib.

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Fərman Kazımov da gəncləri təbrik edib, YAP-ın keçdiyi şərəfli yola nəzər salıb, bu partiyanın müstəqil Azərbaycanla bərabər addımladığını diqqətə çatdırıb. F.Kazımov qeyd edib ki, bu gün ölkəmiz inkişaf edir, bu inkişafı regionların, o cümlədən Sumqayıtın da simasında görmək olar.

Tədbirin sonunda SDU-nun bir neçə tələbəsinə - YAP-ın yeni üzvlərinə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə