İctimai Palata heç nəyə nail ola bilməyəcək

İctimai Palata heç nəyə nail ola bilməyəcək

Aksiya keçirmək müxalifətin hüququdur. Amma mən icazəli mitinqlərin keçirilməsinin tərəfdarıyam. Bunu SİA-ya Millət vəkili Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, İctimai Palata qanunsuz olaraq bu aksiyaları keçirməklə cəmiyyətdə az da olsa öz fikirlərini çatdırmaq imkanı əldə etmirlər. Onlar daha çox icazəli mitinqlər təşkil etməklə öz fikirlərini cəmiyyətə çatdırmalıdırlar. Mən qanunların pozulması formatında atılan addımları dəstəkləmirəm. Adı çəkilən İctimai Palata bu cür aksiyanı mərkəzdə keçirməklə gərək müəyyən mənada insanlarda problem, çaşqınlıq yaratmasınlar. Müxalifət daha çox hakimiyyətin onlar üçün ayırdığı yerdə aksiyanı keçirərək öz istəklərini təmin etmiş olardılar. İctimai Palata belə dağıntı, qarışıqlıqla heç nəyə nail ola bilməyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə