Qonaqlar Sumqayıtdadır

Bu gün Azərbaycana səfəri çərçivəsində Bosniya və Herseqovinanın iş adamları Sumqayıt Texnologiyalar Parkına (STP) gəliblər. SİA-nın məlumatına görə, qonaqlara müəssisədə müasir texnologiyalar əsasında respublika üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik elektroenergetika və maşınqayırma sənayesi məhsullarının istehsalı nəzərdə tutulduğu barədə ətraflı məlumat verilib. Bildirilib ki, 17 zavoddan ibarət olan bu Texnologiyalar Parkında respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən, müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar (arqon, oksigen, azot və s.) istehsal edilir. Bosniya və Herseqovinanın iş adamları STP-dəki iş fəaliyyəti ilə yaxından tanış olublar, məhsul istehsal prosesi ilə maraqlanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə