ABŞ Dövlət Departamenti Rusiyanın Suriyaya hərbi yük göndərməsini kəskin tənqid edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qurumun təmsilçisi bu mövzuda çox sərt danışıb. Onun sözlərinə görə, bu siyasət Bəşər Əsəd rejiminə münasibətdə "mənəvi yoxsulluq"dur.
Moskva əvvəlcə Suriyaya hərbi yük göndərmədiyini bildirsə də, sonradan Türkiyənin məcburi endirdiyi Moskva – Dəməşq təyyarə reysində hava hücumundan müdafiə sistemi üçün Rusiyada istehsal olunmuş hərbi elektron avadanlığın olduğunu etiraf edib.
Nuland onu da əlavə edib ki, Kreml bu cür davranışı ilə beynəlxalq normaları pozmur, çünki Moskva və Pekin BMT Təhlükəsizllik Şurasının Suriyaya qarşı sanksiyaları qapadaraq, onu dəstəkləməmişdi. "Bütün hallarda belə siyasət mənəvi yoxsulluqdur", - deyə amerikalı təmsilçi bildirib.
Onun sözlərinə görə, ABŞ "Təhlükəsizlik Şurası üzvünün bu kimi fəaliyyət davam etdirməsindən" rahatsızdır: "Biz bir ildən artıqdır deyir ki, Əsəd rejiminin hərbi maşınının öz başınalığına məsuliyyətli dövlətlərin heç bir yardım etməməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB