Müxalifətin düşündüyü alınmayacaq

Zahid Oruc: “Bunları zəif bənd oyunu hesab edirəm”
Müxalifətin düşündüyü alınmayacaq

Müsahibimiz millət vəkili Zahid Orucdur

- Zahid müəllim, dağıdıcı müxalifət yenidən qanunsuz aksiyalar keçirməklə ənənə halını alan məğlubiyyətdən və iflasdan hələ də çəkinmədiklərini göstərmirlər ki?

- Bir parlament üzvünün hansısa zəmində sövdələşməsi fonunda meydana çıxmış videoçarxla bağlı yeni layihələr qurmaq bunların mətiqi və siyasi mülahizəsilə çox əlverişlidir. Bu mənada onlar düşünürlər ki, onun cəmiyyətdə doğurduğu reaksiyaları topaqlaya və hakimiyyət əlehinə yönəldə bilərlər. Əslində siyasi nöqteyi nəzərdən, keçmişdəki inqilab modeli ilə guya haqlı görünürlər. Əgər kimsə hakimiyyət qolunun üzərində bazarlaşma aparırsa bu fonda onlar həmin motivdən çıxış edərək itaətsizlik mühitini formalaşdırmaq, vətəndaşların həmin qurumlara etirazlarını güclənirmək və bu fonda üstün bir şərait əldə etmək niyyətinə düşə bilərdilər. Bütün hallarda Azərbaycan vətəndaşı hansısa məmurundan və ya parlament üzvündən narazı ola bilər, buna yönəlik hiddət daşıya bilər. Lakin ölkə insanının Azərbaycanın gələcəyinə münasibətdə aydın bir düşüncəsi və sadə bir məntiqi var. O da Azərbaycanın Prezidenti ilə öz gələcək həyatını bağlamasıdır. Bu birmənalı olaraq belədir və Azərbaycan vətəndaşı heç bir halda müxalif qüvvələrin timsalda özünün sabahki iqtidarını görmür. Ona görədə bu etiraz aksiyaları daha çox məhdud sayda, ənənəvi şəxslərdən ibarət insanların sadəcə bir toqquşma mərasimi kimi təzahür edəcək. Heç bir halda konstitusion hüquqların reallaşdırılması və sərbəst toplaşmaq hüququnun gerçəkləşdirilməsi aksiyası sayıla bilməz. O mənada ki, bəyanat səsləndirmək, ictimai diqqəti cəlb etmək niyyətidirsə, onun hansı meydanda oxunması o qədər önəmli deyil. Siyasi güc əldə edən qüvvə öz mövqeyini 20 sahədə və ya başqa yerdə söyləsin. Bu fərq etməz. Onlaq bacarsınlar ki, 20 sahəni ölkənin siyasi həyatında birinci sahəsinə çevirsinlər. Bunu da bacarmırlar. Ona görə də küçə toqquşmaları, hansısa xarici hadisələrə yön alaraq ölkə daxilində çalxalanma yaratmaq niyyətləri heç bir halda normal siyasi platforma sayılma bilməz.

Mənim yadmdadır ki, 2003-cü ildə Peruda bir hadisə baş vermişdi. Düşünürdülər ki, bu da bizim üçün yaxşı bir inqilab nəzəriyyəsidir. Sonra Suxarto rejimi İndoneziyadan hakimiyyətdən gedəndə eyni motiv, eyni koordinat sistemi ilə fəaliyyət apardılar. Məxməri inqilablar baş verdi, buna yönəlik fəaliyyət düzənlədilər. Sonra, ərəb inqilabları, ərəb baharı və s. Yəni ki, Afrika qışı, Asiya yayı və s. kimi təxtəlşüurda oturuşmuş beynəlxalq aləmə indekslənməmiş fəaliyyət aparırlar. Ona görə ayın 13-nə təyin olunmuş aksiyada açıq şəkildə iqtidar üzərinə getmək, bundan 2013-cü il seçki dövrünə qədər zaman üçün əlverişli bir oyanış hərəkatı yaratmaq, dirçəliş prosesinə çevirmək, özlərindəki dağınıqlığı aradan qaldırmaq vasitəsi kimi düşünülərsə, bu da alınmayacaq

- Dağıdıcı müxalifət Elşad Abdullayev və Gülər Əhmədova ilə bağlı yaylılan videogörüntüləri siyasiləşdirməyə cəhd edirlər. Belə populist addımlar siyasəyçiyə necə başucalığı gəticə bilər?

- İş ondadır ki, faktiki şəraitdə Azərbaycanda siyasi oyun qaydaları, siyasi mübarizə şərtləri xeyli dərəcədə Avropa, qardaş Türkiyədən fərqlidir. Çünki bizi 90-cı illərin əvvələrindən, SSRİ-nin dağılmasından sonrakı əsası qoyulan bu proseslə öz–özlüyündə bir xeyli qüsurlar, nöqsanlar və bir sıra hallarda milli səviyyədəki cinayətlərlə müşaiyət olunub. Dövlət çevlişlərinə cəhdlərdə onların iştirakı, hansısa ağır kriminal şəxlərin himayə ediləsi, silahı qüvvələr yolu ilə hakimiyyətin ələ keçirilməsi tendensiyaları öz-özlüyündə klassik partiya modelinin formalaşmasına imkan vermədi. Ondan sonrakı dövrlərdə də qarşılıqlı tanımazlıq, barikadaçılıq, səngərdə dayanaraq fəaliyyət aparmaq tendensiyalarını biz gördük. Heç bir zaman bunlar normal bir siyasi mədəniyyət nümunəsinə qatılmaq istəməyiblər. YAP-ın dəvəti ilə Avopa Parlamentinə bir müraciətdən sonra onların medialarına və digər bu tədbirə qatılmayan qüvvələrin reaksiyalarına biz baxdıq. Sanki bu o qədər əlahiddə və qeyri-adi, milli mənfi hadisə kimidir ki, bunlar dünyanın əksər ölkələrində düzənlənən bir prosesin tərkib elementi kimi saymaq gücündə deyilər. Bunu siyasiləşdirmək cəhdindən sonra mütləq gərək özünü təqdim edəsən. Yəni söyləyəsən ki, hansısa qüvvələr Gülər Əhmədovanın timsalında Milli Məclis qüsurludursa, bəs bunların obrazı nədir? Həqiqətənmi millətin gözündə "İctimai Palata" bizim alternativimizdiz? Axı, hər bir siyasiləşdirmə reallıq hissinin itirilməsi öz-özlüyündə demokratik düşüncəyə, insafa və ədalətə dayanmalıdır. Bu dediyimiz meyarlar onu tələb edir ki, bu dövr ərzində parlamentin içərisində çalışaraq, milli həyatımıza təsir edən, dövlət quruculuğumuzda yer alan, bizim beynəlxalq əlaqələrimizin formalaşmasına, güclənməsinə təsir göstərən, o cümlədən seçiciləri ilə fəhlə kimi işləyən bu parlament üzvlərini görməzdən gəlmək özü bir ədalətsizlik, insafsızlıqdır. Bu siyasiləşdirmənin harası demokratiya oldu? Bunun alternativində "İctimai Palata" olub, nə ediblər? Hansı ideyaları irəli sürüblər? Hansı avanqard ideologiyaya malikdirlər? İndiyə qədər hansı bir qanun layihəsi hazırlayıblar? Ölkənin milli problemləri adına bir beynəlxalq qurumdan reaksiya, qətnamə və bəyanat alırlarmı? Nəyin üzərində özlərini hakimiyyətin əks cinahı kimi qələmə verirlər? Hansı formada bunlar iqtidara gəlmək istəyirlər? Doğurdanmı, ""İctimai Palata"-da olanlar regional və beynəlxalq prosesləri normal səviyyədə dərk edirlər? Bunun əksinə. Mən deyərdim ki, 90-cı illərin motivi ilə koordinat sistemində mühakimə stili o vəziyyətdə qalıb və bu mənada onların hadisəni siyasiləşdirməkdən başqa yolları yoxdur. Bilirlər ki, hüquqi çərçivədə qiymət verilməsi ilə hər iki şəxsin cəzalandırılması heç bir halda bunların faydasında deyil.

- Qanunsuz aksiyalar keçirmək məqsədlərdən biri də siyasi məhbus oyunu oynayıb və siyasi məhbus düzəltmək istəyindən irəli gəlir. Yenidən belə şoular yaratmaq mümkürdürmü?

- Həqiqətən də deyildiyi kimi bizdə bu toplaşmaq azadlığı vuruşmaq, toqquşmaq, küçə savaşları kimi təzahür edir. Burada qanunu pozanlara qarşı hüquqi davranışlar dərhal yeni siyahıların tərtib olunmasına, bu çevrədə ayrı-ayrı hüquq müdafiəçilərininin, mənimsəmə, donor qurumlarının işə düşməsinə, onların beynəlxalq əlaltılarının bu prosesdə Azərbaycan üzərinə reaksiyalar bildirməsinə, təzyiqlər göstərməsinə gətirib çıxarır. Azərbaycanda hər zaman eyni şkala ilə şəbəkələşmiş fəaliyyətin şahidi olmuşuq. Bunları zəif bənd oyunu hesab edirəm. Düşünürəm ki, öz çevrəsinə hörmət edən qüvvə, bazasının qədrini bilməli olan, onların gələcəyini düşünən onlara qeyri-qanuni yollar göstərməməlidir. Çünki bu siyasi mübarizə həyatına təhlükəlidir. Onların bu xətti, vermək istədikləri təcrübi model hər bir halda o insanların gələcəyini təhdid edir.

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə