İslam Kərimov bu gün Azərbaycana gələcək

İslam Kərimov bu gün Azərbaycana gələcək

Azərbaycan və Özbəkistanın dövlət başçıları oktyabrın 12-də Zağulbada görüşəcəklər

Özbəkistan prezidenti İslam Kərimov oktyabrın 11-12-də Azərbaycanda rəsmi səfərdə olacaq. Məlumatı Özbəkistanın dövlət başçısının mətbuat xidməti yayıb. "Yüksək səviyyəli danışıqlar zamanı ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri müzakitrə ediləcək, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq", - məlumatda deyilir.

Səfərin yekununda dövlət başçılarının birgə bəyanatının, Azərbaycan-Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən bir sıra sazişlərin imzalanması gözlənilir.

Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və İslam Kərimov arasında danışıqlar oktyabrın 12-də Zağulbada keçiriləcək.

İslam Kərimov iki dəfə - 1998 və 2008-ci illərdə Azərbaycanda rəsmi səfərdə olub.

Bu ilin 8 ayının yekunlarına görə, Azərbaycan və Özbəkistan arasında mal dövriyyəsinin həcmi 15,5 milyon dollara yaxın olub. Bu, 2011-ci ilin analoji dövrü ilə müqayisədə dörd dəfə azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə