Müsahibimiz Yurddaş Partiyasının sədri Mais Səfərlidir
- Mais müəllim, dağıdıcı müxalifət yenidən küçələrə çıxıb pozuculuq aktları həyata keçirməyi planlaşdırır. Uzun müddət susan və hər hansı bir fəaliyyəti ilə diqqəti cəlb edə bilməyən müxalifətin gözlənilmədən fəallaşması nə ilə izah oluna bilər?
- Hesab edirəm ki, dağıdıcı müxalifətin yenidən küçələrə çıxıb pozuculuq aktları həyata keçirməyinin planlaşdırmasının səbəbi 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Yəni, yaxınlaşmaqda olan prezident seçkiləri ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələri fəallaşdırır. Demək olar ki, müxalifəti təmsil edən qüvvələr öz varlıqlarını göstərmək üçün bu cür xoşagəlməz hərəkətlərə əl atır.
- Müxalifət qüvvələrinin gözlənilmədən icazəsiz yürüş mitinqi keçirtmək qərarının verməsinin arxasında hər hansı bir daxili və xarici qüvvələrin dayandığını söyləmək olarmı?
- Müxalif qüvvələr icazəsiz aksiyalar keçirmək taktikasına yiyələniblər. Buna baxmayaraq, müxalifətçilər razılaşdırılmayan aksiyalarına heç bir tərəfdar toplaya bilmir. Aksiya keçirmək və bununlada özünü təsdiq etmək üçün sosial bazaya malik olmalısan. Təbii ki, müxalifət qüvvələrinin heç bir sosial bazasının olmaması mitinqlərin keçirməsinə imkan vermir. Ümumiyyətlə, müxalifəti təmsil edən qüvvələr tərəfində keçirilən aksiyalara heç kəs qoşulmur. Çünki xalq tərəfindən müxalifət qüvvələrinə heç bir siyasi dəstək yoxdur.
- Dağıdıcı müxalifət aksiyalar kecirməklə nəyə nail olmaq istəyir?
- Azərbaycan qanunlarla idarə olunan bir dövlətdir. Azərbaycanda icazəli aksiyaların keçirilməsi üçün həm Konstitusiyamız, həm də qanunlarımız imkan verir. Azərbaycan qanunları ölkədə hər hansı bir icazəsiz aksiyalar keçirilirsəməsinə icazə vermir. Əgər müxalifət qüvvələri tərəfindən ölkədə hər hansı bir icazəsiz aksiyalar keçirilərsə təbii ki, bunun da qarşısı qanuni yollarla alınacaq.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB