Məsut Yılmaz: "Türkiyənin Avropa Birliyinə qəbul olunmasına ehtiyyac yoxdur" MÜSAHİBƏ

Məsut Yılmaz: "Türkiyənin Avropa Birliyinə qəbul olunmasına ehtiyyac yoxdur" MÜSAHİBƏ

Türkiyənin keçmiş baş naziri Məsut Yılmazın SİA-ya eksklüziv müsahibəsi

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin bugünə kimi gecikməsinin səbəblərini nədə görürsünüz? Bu məsələyə sizin münasibətiniz necədir?

- Avropanın Qarabağ məsələsi ilə bağlı kəskin mövqeyini ortaya qoya bilməməsi 2 səbəbdən qaynaqlanır. Bunlardan birincisi odur ki, onun sadəcə bu məsələdə deyil, digər məsələlərdə də müəyyən olunmuş bütün üzvlər üçün ortaq bir xarici siyasəti yoxdur. Yəni, onlar bu cəhətdən zəifdilər. Bunu onlar özləri də qəbul edirlər və nəticə Qarabağ məsələsində hiss olunur. Yoxsa Avropa Birliyi birlik olaraq Azərbaycanın haqlı olduğunu qəbul edir, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bəyan edir. Lakin Avropa Birliyi bu sahədə heç bir addım atmır, hətta bəzən əks addımlar atır. Birliyə daxil olan ölkələr Ermənistanın bu məsələdə haqlı olduğunu göstərən bəyanatlar verirlər. Bunların içərisində ATƏT-in Minsk qrupunda yer alan ölkələr də var. Bu məsələ də Azərbaycanın haqlı olaraq mənfi münasibətinə səbəb olur. İkinci səbəb isə bəzi ölkələrin buna fərqli tərəfdən yanaşmalarıdır. Onlar bu məsələdə hüququ deyil, öz mənfəətlərini ön planda tuturlar.

- Sizin fikrinizcə, bu məsələdə erməni diasporunun rolu nə dərəcədə ola bilər?

- Bəzi ölkələrdə erməni diasporu sıx yaşayır. Bu ölkələrdə hakimiyyətə xüsusi təsir göstərirlər. Bəzən onlar həmin ölkələrin xarici siyasətini də yönləndirə bilirlər.

- Türkiyəyə Avropa Birliyinə daxil olmaq üçün daha neçə il lazımdır?

- Türkiyə Avropa Birliyinə daxil olmaq üçün keçmişdə ilk müraciət edən ölkələrdən biridir. Berlin divarının uçmasından sonra azadlığa çıxan ölkələr Avropa Birliyinə üzv oldular. Lakin Türkiyə 50 ildir Avropa Birliyinə girə bilmir. Amma bu gün elə bir vəziyyətdir ki, Avropa böhrandadır. Birlik siyasəti bu ölkələri iqtisadi cəhətdən gücləndirmək yerinə, onların daha da dərin iqtisadi böhran keçirməsinə əngəl olmalıdır. Bununla müqayisədə Türkiyə 2011-ci il böhranından sonra aldığı tədbirlər və apardığı siyasətdən sonra getdikcə inkişaf edən ölkədir. Bundan sonra Türkiyənin Avropa Birliyindən olan ehtiyacı iqtisadiyyatdakı yüksəlişi saxlamaq, həm də hüquqi dövləti öz ölkəsində həyata keçirmək istəyidir. Avropanın Türkiyəyə iqtisadi cəhətdən heç bir qarışacağı yoxdu. İqtisadi cazibəsini itirdiyinə görə onun tək imkanı xarici siyasəti və demokratiyanı genişləndirməkdir. Əgər Türkiyə bunu öz iradəsi ilə etsə, onun Avropa Birliyinə qəbul olmasına ehtiyyac yoxdur.

- Türkiyə beynəlxalq terrora qarşı hansı mübarizə yolunu seçməlidir?

- Türkiyə bir çox yerlərdə terror təhdidi ilə qarşılaşan ölkədir. Lakin, Türkiyə bir tərəfdən terrorla mübarizədə çox acı çəkərək qurban versə də, digər tərəfdən çox təcrübə qazandı. Ona görə, terror vasitəsilə Türkiyəyə qarşı nəticə əldə etmək mümkün deyil. Onlar bu gün daha təmkinli yolla irəliləyirlər. Doğrusu da budur. Onlar terror qarşısında baş əyməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə