Əli Hüseynli: “Adam öldürəndə də kişi kimi öldürürük…”

"Adam öldürəndə də kişi kimi öldürürük". SİA-nın verdiyi xəbərə görə, bunu parlamentin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı Avropa Parlamentinin verdiyi qərara toxunub.

Əli Hüseynli bildirib ki, ermənilər Ramil Səfərovun guya yatmış bir şəxsə əl qaldırması barədə rəy formalaşdırmağa çalışırlar: "Azərbaycanlılar ermənilərdən fərqli olaraq cinayəti də kişi kimi törədir, yatmış adama əl qaldırmırlar. Adam öldürəndə də kişi kimi öldürürük".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə