Nazirə böhtan atdılar!

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BBC telekanalının yalan məlumat verdiyini deyib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Davudoğlu müsahibəsində "Suriyada təhlükəsiz ərazilərdə döyüş risqi alınmalı" deyə bir ifadə işlətmədiyini bildirib.

Xarici işlər naziri Əhməd Davudoğlu, Amerikada BBC televiziyasına verdiyi müsahibədə onun adından deyilən bəzi fikirləri təkzib edib: "Türkiyə olaraq bu mövzudakı mövqeyimiz hamıya məlumdur. Suriyada bu gün ciddi insanlıq dramı yaşanır və bu dram hər keçən gün daha da dərinləşir", -deyən Davudoğlu fikrini belə davam etdirib: "Türk xalqı hər zaman qapılarını suriyalıların üzünə açıq tutub. Çox təəssüf ki bu, orada hər keçən gün onlarla, hətta yüzlərlə insanın Şam rəhbərliyinin hücumları ilə qətlə yetirildiyi həqiqətini dəyişmir. Bu məsələyə tezliklə beynəlxalq səviyyədə cavab verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə