Ötən gün Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Lesotonun Xarici işlər naziri Mohlabi Kennet Tsekoa ilə görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Lesoto arasında diplomatik münasibətlərin təsis olunmasına dair komunike imzalanıb. Nazirlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin qurulmasının və inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov ikitərəfli münasibətlərin inkişafı üşün qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib və Lesotolu həmkarını ölkəmizə səfərə dəvət edib.
Həmçinin Nazir Elmar Məmmədyarov Azərbaycan Diplomatik Akademiyası haqqında məlumat verib, Lesoto diplomatlarını bu təhsil müəssisəsində təşkil olunan diplomatik kurslarda iştirak etməyə dəvət edib.
Nazir həmin gün Kolumbiyanın Xarici İşlər Naziri xanım Maria Angela Holguin Kuelyar ilə də görüşüb. Görüşdə ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər ikitərəfli münasibətlərin səviyyəsini məmnunluqla qeyd ediblər. Nazir Elmar Məmmədyarov Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətlərini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb və ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Kolumbiyalı nazir ölkəsinin Azərbaycanla münasibətləri dərinləşdirmək niyyətində olduğunu bildirərək, özünün 2013-cü ilin əvvəlində Azərbaycana səfər edəcəyini qeyd edib. Həmçinin yaxın zamanda Kolumbiyanın ölkəmizdə səfirlik açmaq niyyətində olduğunu bildirib.
Görüş zamanı Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında Texniki Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB