Bu günə qədər Ermənistan yürütdüyü işğalçılıq, təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal edilib. Bununla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarı, qətnamələri Ermənistan qulaqardına vurur, üzərində olan öhdəlikləri həyata keçirməmək üçün hər cür təxribatlara, cinayət əməllərinə, şantaja əl atır. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ermənilərin ATƏT Parlament Assambleyasının növbəti payız sessiyasında Ramil Səfərovun əfv olunması məsələsini qaldıracağına dair yayılan məlumatlara aydınlıq gətirərkən belə deyib.
Onun sözlərinə görə, son illərdə Ermənistan danışıqlar prosesində konstruktiv mövqe orta qoymaqdan qaçır: "Terrorçu, təcavüzkar, işğalçı dövlətdən bunu gözləmək qeyri-mümkündür. Bu müddət ərzində də terrorçu dövlət vaxtı uzatmaqla vaxt qazanmağa çalışır. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də ermənilərin təcavüzkar, böhtan xarakterli siyasətinə göz yumur və danışıqlar prosesində Azərbaycan və Ermənistan tərəfini eyniləşdirməyə çalışırlar. Ermənilər hər dəfə Azərbaycan torpaqlardan çıxmaq əvəzinə ortalığa bir məsələ atır. Onlar indi də Azərbaycanlı zabit Ramil Səfərovun əfv olunması ilə barışa bilmirlər. R.Səfərov Beynəlxalq hüquq çərçivəsində Azərbaycana qaytarılıb və dövlətimizin qanunvericiliyi çərçivəsində Prezident İlham Əliyev öz konsision hüququndan istifadə edərək onu əfv edib.
M.İbrahimqızı bildirdi ki, bu dövlət indi də özünün terrorçu əməllərini qarayaxma yolu ilə başqalarına xüsusilə Azərbaycana qarşı yönəldib: "Ermənistan rəhbərliyinə sual vermək lazımdır ki, dünyada etdiyiniz terrorçularla bağlı hadisələrə münasibətiniz nədir və onun cavabı nə vaxt veriləcək? Bunların məqsədi tək işğalçılıq, təcavüzkarlıq siyasəti deyil, adıçəkilən dövlətin iqtidarının xalq qarşısında müəyyən öhdəliyi var. Ermənistan dövləti hədsiz dərəcə ağır bir durumdadır. Ölkə vətəndaşları, gəncləri Ermənistanı tərk edir. Bu dövlətin büdcəsi onu dəstəkləyən Rusiya, Fransa xüsusilə erməni diasporunun vəsaiti hesabınadır. Ermənistanda həyatın davam etməsi belə sual altındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB