"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həll olunmaması Ermənistanın hazırkı mövqeyi ilə bağlıdır".
SİA-nın xəbərinə görə, bu sözləri Bakıda jurnalistlərə verdiyi açıqlamasında Türkiyənin keçmiş baş naziri Məsut Yılmaz bildirib. M.Yılmazın fikrincə, hazırda zaman Azərbaycanın lehinə işləyir: "Ermənistanın bu haqsız mövqeyini davam etdirməsi mümkün deyil. Sonunda ermənilər mütləq məğlub olacaqlar".
O, bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr yaxın keçmişdə Ermənistanın siyasəti səbəbindən kölgələndi, amma biz bunları aşdıq.
"İndi Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı əməkdaşlıqa əlaqələrimizin daha yüksək səviyyəyə çatmasına inanıram. Hər iki hökumət bu məsələdə qərarlıdır. Millətlərimiz arasındakı qardaşlıq, yaxın keçmişdəki tarixi əlaqələr hökumətlər arasında da bağlayıcı rol oynayır"- deyə, Türkiyənin keçmış baş naziri sözlərinə əlavə edib.
O, Azərbaycana sonuncu dəfə 1998-ci ildə gəldiyini və ötən 12 il ərzində Bakının tanınmaz dərəcədə dəyişdiyini bildirib: "Azərbaycan xalqını bu inkişafla təqdir edirəm. Bütün Türkiyə bugünkü Azərbaycanla qürur duyur".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB