"Ehtimal var ki, ermənilər ATƏT Parlament Assambleyasının növbəti payız sessiyasında Ramil Səfərovun əfv olunması məsələsini qaldırsınlar". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri, Azərbaycan nümayəndə heyətinin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
"Ermənistan tərəfindən bu məsələ ətrafında qaldırılan hay-küy və ajotajı başa düşmək olar. Çünki onlar düşdükləri vəziyyətin acınacaqlı olduğunu dərk edirlər. Bütün mənalarda bu addım çox yumşaq şəkildə desək, onlara tərs bir sillə kimi dəydi və onlar bu məsələni müxtəlif beynəlxalq tədbirlərdə qaldırdılar. ATƏT Parlament Assambleyasının sessiyasında da bu məsələni qaldıracaqlarına şübhə etmirəm. Amma nə qədər müzakirələr açılsa da, artıq erməni hay-küyünü, erməni yalanını, erməni işğalı və təcavüzünü ört-basdır edə bilməyəcək. Status-kvonun qəbuledilməzliyi haqqında həmsədrlərin fikirlərini arxa plana keçirə bilməyəcəklər. Əgər ermənilərin belə bir cəhdi olsa, biz arqumentlərə söykənən fikirlərimizi söyləyəcəyik".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB