Vitse-spiker Gülər Əhmədova ilə bağlı məsələyə münasibət bildirdi
"Gülər Əhmədova ilə bağlı yayılmış videoya dair yalnız müvafiq qurumlar rəy və fikirlərini söyləyəndən sonra hansısa şərh vermək mümkündür". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. O bildirib ki, hazırda bununla bağlı hər hansı fikir söyləmək mümkün deyil.
Qeyd edək ki, sentyabr ayının 25-də internetdə Elşad Abdullayev, millət vəkili Gülər Əhmədova və M.Ə.Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.
Qeyd edək ki məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Gülər Əhmədova videonun montaj olduğunu bildirib.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB