Azərbaycan prezident İlham Əliyev noyabrın 20-21-də Sinqapura, 22-23-də isə İndoneziyaya səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlrəə açıqlamasında Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev məlumat verib.
Səfir bildirib ki, səfər zamanı Sinqapurla 4, İndoneziya ilə 17-dək ikitərəfli sazişin imzalanması nəzərdə tutulur. Hazırda sənədlərin imzalanmağa hazırlanması prosesi gedir, bu sənədlər iki ölkə arasında əməkdaşlığın bütün sferalarını əhatə edəcək: "İmzalanma prosesinə hazırlıq məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun gələn il İndoneziyaya səfəri planlaşdırılır. Cənab Xələfov Cakartada keçiriləcək İndoneziya və Azərbaycan xarici siyasət idarələri arasında məsləhətləşmələrdə iştirak edəcək və sənədlərin imzalanmağa hazırlanmasını müzakirə edəcək".
T.Qarayev həmçinin əlavə edib ki, Azərbaycanla İndoneziya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya yaradılacaq. Onun sözlərinə görə, noyabrda imzalanacaq sənədlər bu komissiyanın fəaliyyəti üçün hüquqi baza təşkil etmiş olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB