Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SƏS TV-yə müsahibəsi:
- Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında ölkənin əksər siyasi partiyaları Avropa Parlamentinin çıxardığı qətnaməyə etiraz əlaməti olaraq birgə bəyanat qəbul etdilər. Həmin toplantıda iqtidar partiyasının üzvləri ilə yanaşı müxalifət nümayəndələri də iştirak edirdi. Sizin buna münasibətiniz necədir?
- YAP demək olar ki, ilk dəfə olaraq siyasi yönümündən asılı olmayaraq siyasi partiyaları bir araya gətirə bildi. Milli məsələnin müzakirəsini təşkil edə bildi. Bilirsiniz ki, cənab Prezident Ramil Səfərovu əfv edib. Əslində cənab prezident öz vətəndaşlarının, öz təşkilatlarının yükünüdə boynuna götürüb. Cənab prezident bilirdi ki, onu əfv edəndə beynəlxalq təşkilatlar hücuma keçəcək. Müəyyən ittihamlar səsləndiriləcək. Və digər ictimai təşkilatlar , siyasi partiyalar hamısnın yükü bir növ məsuliyyəti öz üzərinə götürməklə zərbənidə öz üzərinə götürür. Bunu qiymətləndirmək lazımdır. Təəssüf edirəm ki, bəzən mən Ramil Səfərovun qisasçılığının üslubundan deyirlər ki, bu düzgün deyil. İstənilən hərəkətdə səhvlər ola bilər. Məgər 5 %-lik səhv 95%lik qəhrəmanlığı ört basdır edə bilərmi? Məgər onda Azərbaycanı, Ramil Səfərovu aşağılayan mövqemi sərgiləmək olar? Ona görə də hesab edirəm ki, Avropa parlamentlərinin, Avropa təşkilatlarının bu cür qərarı əslində qeyri müsəlmanların dünya ağalığının Qafqazda xristian anklavını böyütmək istəyindən başqa bir şey deyil. Nə üçün Azərbaycanın 20 mindən çox şəhidi olduğu halda və cürbəcür üsullarla Xocalı kimi irimiqyaslı bir genosidə yol verdikləri halda Avropa Parlamenti susur və ya loyal münasibət göstərir. Torpaqlarımızın yarısı gedib. Amma bir nəfər haqqında bu qisasçılıq mövqeyindən çıxış edir. Bəs elə isə nə üçün Avropa strukturları susurdu ki, erməni terroristini Fransa əfv etdi və Ermənistana (cənab prezidentdə bunu öz çıxışında qeyd edib) gəldi erməni prezidenti ona bəraət verdi. Necə ola bilər ki, bir terroristi əfv oluna bilər. Hətta ermənistan vətəndaşı olmadan. Həm də Fransa kimi böyük Avropa dövləti bunu etdi. Həmin Avropa Parlamentinə aparıcı dövlətlərdən biri verdi. Amma Ramil Səfərova 9 il həbsdən sonra cənab Prezidentin bəraətinə qarşı bunlar bu qədər qıcıq verirlər. Məsələ ondan ibarətdir ki, xarici havadarlar, yerdə onların adamları və təşkilat rəhbərləri buna nə üçün soyuq münasibət bəsləyirlər. Çünki gördülər ki, bu hadisədən sonra cənab Prezidentin ətrafında Azərbaycan xalqı daha çox birləşdi, onun addımını qiymətləndirdi. Doğurdan da əsl sərkərdə kimi öz əsgərini zərbə altında qoymadı. Bütün məsuliyyəti öz üzərinə götürdü. Və ona görə də YAP-ın bu addımı atması, bütün qüvvələri ümum milli məsələlər ətrafında birləşdirməsi çox böyük bir hadisədir. Və əksinə ağıllı müxalifət yəqin ki, başa düşür ki, bəlkə də bu məsələnin davamı ola bilər. Ona görə də ömrü boyu iqtidara dialoq yalvarışlarında olan müxalifətə bu gərək göydəndüşmə bir məsələ olsun, onu qiymətləndirsin. YAP-ın bu addımını kifayət qədər qiymət verərək ona dəstək versin.
- İqtidar-müxalifət dioloqunun davam etdiriləcəyi ilə bağlı PA-nın ictimai siyasi məsələlər şöbəsinin müdüri Əli Həsənovun fikirlərinə AXCP və Müsavatdan "şərtlərlə baxıla və həyata keçirilə bilər" cavabı gəldi. Bu konstruktiv dioloqdan yayındırmaq kimi qiymətləndirilə bilərmi?
- Artıq bilirsiniz mətbuatı müxalifətin dialoq yalvarışları bürüyüb. İndi özlərini bir növ naza qoyurlar. Hansısa şərtləri irəli sürürlər. Bu əslində gələcək prezident seçkilərində məğlubiyyətini anlayan müxalifətin özünü sığortalamaqdan başqa bir şey deyil. O başa düşür ki, müxalifət təşkilatlarının və liderlərinin əvvəlki kimi gücü yoxdur. Dəfələrlə verdikləri vədlər yerinə yetirilməyib. Xalq bunlardan üz döndərib. Məsələn Ərəb baharında az qala deyirdik ki, Azərbaycanda çevriliş olacaq, amma alınmadı. Əvvəlki seçkilərdə də dəfələrlə belə hadisələr olub. Ona görə də, bunu əvvəlcədən bilirlər ki, hətta bir olsalar, vahid namizəd olsalar onlar cüzi səs toplayacaqlar. Çünki, əvvəlki kimi xeyli miqdar dəstəkləri yoxdur. Belə olan təqdirdə nə etmək lazımdır? Əvvəlcədən duyaraq ki, qarşıdakı seçkilərdə ciddi şəkildə məğlubiyyətə uğrayacaqlar, bunu sığortalamaqdan ötrü müəyyən bəhanələrlə bundan çəkinirlər. Əli Həsənovun təklifi qiymətli təklifdir. Yenə də deyirəm müxalifətin arzusudur bu cür dialoqların davam etməsi. İndiyə kimi hamı bilir ki, YAP və onun rəhbərliyinin, dövlət rəhbərliyinin istəyi olmadan hər hansı bir dialoq təklifi alınan deyil. Nə üçün? Çünki YAP yerdə qalan bütün partiyaların cəmindən çox qüvvəlidir. Belə olan təqdirdə öz qüvvəni nəzərə alıb əl uzatmalısan. Və müəyyən məsələlərlə konstruktivlik axtarışındadısa buna qarşılıqlı cavab vermək lazımdır. Əks halda müxalifətin öz ziyanınadır.
- Siz mərhum AXCP sədri Əbülfəz Elçibəyin yaxın tərəfdaşlarından olmusunuz. Onun zəhərlənməsilə bağlı fikirlər var və hətta prokurorluğa belə müraciət olunub. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən bir hüquqşünasam. Təbii ki, bu bir kriminal ittihamdır. Və yəqin ki, aidiyyatı orqanlar dəqiqliklə bunu araşdırıb, müvqe bildirəcəklər. Ancaq mənim yadıma gəlir çox ağır vaxtlarda hələ Əbülfəz bəy hakimiyyətə gəlmədən, biz İsmayıllıda Basqal kəndində olanda xeyli müddət bir yerdə, hətta onun yeyəcəyi yeməkləri özümüz dadırdıq. Özümüz hər cəhətdən onu qoruyurduq. Heç özü də bilmirdi. Başa düşmürdü, çünki özü çox sadə adam idi. Biz hər tərəfdən çalışırdıq ki, o ziyan çəkməsin. Belə olan təqdirdə təbii ki, mənim yadımda rəhmətlik Əbülfəz bəy son dövrlər bədənində müəyyən qədər şişmələr oldu. Müəyyən qədər çətinliklər oldu. Bu müəyyən bir versiyalar yaradır. Mən oxuyuram Türkiyədə Gürhanənin müalicə etdiyini. Təbii ki, mən bu məsələlərə ciddi yanaşan bir insanam. Çünki bizdə bir nümunə var. Hal hazırda bilirsiniz ki, Turqut Özalın ekskumasiya məsələsinə öz ailəsi razılıq verib. Artıq prokurorluq da qərar verib. Onun qəbri açılaraq zəhərlənmə məsələsi açkar olacaq və güman edirəm ki, Əbülfəz bəyin ailəsi razı olsa bu məsələyədə ciddiliyinə getməyə dəyər. Hər halda yəqin ki, dövlət orqanlarına müraciət olunub. Həqiqət üzə çıxar.
- Zəhərləmə faktını siyasiləşdirməyə cəhd olunur. Siz həm də bir hüquqşünas kimi cinayət işinin siyasiləşdirilməsi, hüquqi uyğunluğu nə dərəcədə düzgün hesab edirsiniz?
- Hüquq siyasətdən əslində aralı olmalıdır. Din dövlətdən aralıdır. Anacaq Əbülfəz bəyin özü siyası simvol olub. Azərbaycanın eks prezidenti olub. Təbii ki, onun haqqında hər hansı bir versiya, hər hansı bir hadisə siyasi bir anlama gəlir. Ancaq prosessual qanunvericiliyi, yənu hüquq yaradıcılığını siyasiləşdirmək lazım deyil. Ciddi şəkildə cinayət prosesual qanunvericiliyində və digər qanunvericiliyə uyğun olaraq bu məsələ araşdırılmalıdır və siyasiləşdirilməli deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB