Səfir vidalaşdı

Bu gün Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın Azərbaycandakı səlahiyyət müddəti bitməsi ilə əlaqədar tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, səfir H.Kılıç tədbiri giriş nitqi ilə açaraq bildirib ki, Azərbaycanda olduğu 4 il yarım müddətində Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq qurulmasında böyük səy göstərib.

O qeyd edib ki, bu müddət ərzində hər iki dövlət arasında təhsil, elm, ticarət və iqtisadiyyat, hərbi və digər sahələrdə əlaqələrin yüksələn templə inkişaf etdirilməsinə çalışıb. Buna misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Əzurum və Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP layihələrini göstərmək olar. H Kılıç ticarət həcminin iki dəfə artdığını, yaxın müddət ərzində isə bunun 10 milyarda yaxın olacağını deyib. O həmçinin bildirib ki, 2011-ci ildə Azərbaycandan Türkiyəyə xeyli sayda turist gedib. Bu da onu göstərir ki, hər iki ölkə arasında əməkdaşlıq getdikcə inkişaf edir.

Daha sonra səfir sözlərini şair Nazim Hikmətin şerləri ilə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə