Ermənilərə cavab verdi

Rauf Zeyni beynəlxalq konfransda ermənilərə cavab verdi

11-12 sentyabr 2012-ci il tarixlərində Praqada "Comenius Society" adlı beynəlxalq qurum tərəfindən "Post-Sovet ərazisində demokratiya: 20 il sonra" mövzusu üzrə beynəlxalq konfrans keçirilib. Milli QHT Forumundan SİA-ya verilən məlumata görə, konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə, Xarici İşlər Nazirliyinin İnsan hüquqları, demokratikləşmə və humanitar problemlər idarəsinin rəisi Əlimirzamin Əskərov və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni iştirak edib.

Tədbirin ikinci günü sonuncu paneldə "Comenius Society" adlı təşkilatın prezidenti Karel Muzikar erməni QHT sədri, IV paneldən Tevan Poqasyanı iştirakçılara təqdim edərkən qədim erməni krallığının I krallıq olduğunu livanlılardan eşitdiyini qeyd edib. Tevan Poqasyan isə öz çıxışında mövzuya münasibətini bildirməklə yanaşı, Macarıstanı beynəlxalq hüquqlara zidd olaraq Azərbaycana qaytarılmasına və guya Azərbaycan QHT-nin Azərbaycan Respublikası prezidentinin mövcud siyasətini dəstəkləməməsi haqqında tədbir iştirakçılarını çaşdırmaq niyyəti ilə bu məsələləri qaldırılıb.

Növbəti çıxışçı olaraq Rauf Zeyni ilk öncə "Comenius Society" təşkilatının prezidenti Karel Muzikarın replikasına cavab olaraq bildirib ki, tarixdə erməni krallığı mövcud olmamışdır və ilk Ermənistan dövləti 1918-ci ildə Azərbaycanın tarixi torpaqları hesabına yaradılıb.

Çıxış zamanı Rauf Zeyni Tevan Poqasyanın çıxışına da cavabını bildirib. Cavab olaraq bildirib ki, Ramil Səfərovun Azərbaycan Respublikasına ekstradisiyası beynəlxalq hüquqa zidd deyil və ekstradisiya haqqında beynəlxalq qanunlara tam uyğundur: "Beynəlxalq hüquqlara zidd olan isə beynəlxalq konfranslarda demokratiyadan danışıb Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayıb, 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayan Ermənistandır. 20 ildən artıqdır ki, beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistandır. Belə düşüncə ilə regionda sülh və sabitlik yaratmaq qeyri-mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə