"Bu gün Azərbaycanda kifayət qədər erməni yaşayır və onların da ölkə daxilində münasibətdə olduğu insanlar var. Hazırda ən çox Ramil Səfərov faktorunu prezidentin əleyhinə yönəldən qüvvələr də məhz ermənilərlə qohumluğu olan insanlardır". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, bu məsələlərdən ən çox yararlanmağa çalışan həmçinin ölkə müxalifətidir. C.Nuriyevin sözlərinə görə, ölkədə ən çox prezidentin əleyhinə gedənlər də ayrı-ayrı QHT-lərdir ki, onlara da Arzu Abdullayeva, Leyla Yunus kimi ya erməni qanı olan, ya erməni gəlini olan, ya da qohumu erməni olan insanlar rəhbərlik edir. Təbii, bu adamlar istəməz ki, Azərbaycanda sabitlik olsun. Hakimiyyət hərisliyi onlar da Azərbaycanı istənilən erməniyə satmağa hazırdır. Təki İlham Əliyev hakimiyyətdən getsin və onlar hakimiyyətə gəlsin. Bu isə mümkünsüzdür", - deyə o əlavə edib.
C.Nuriyev vurğulayıb ki, məhz buna görə də Dağlıq Qarabağ probleminin həllində müəyyən problemlər var. Ölkənin daxildən təmizlənməli olduğunu deyən politoloq hesab edir ki, vətəndaşlar öz ölkələrini, vətənlərini özləri qədər sevməyəcəyi halda proseslər belə davam edəcək: "İnformasiya mübadiləsində ermənilərə uduzuruq. Hətta Bakıya gətirilən və prezident tərəfindən əfv olunan Ramil Səfərovun bu qədər niyə gizlədildiyini başa düşmürəm. Əksinə onu danışdırmaq və başına gətirilənlərə əsasən mövcud situasiyanı aydınlaşdırmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB