Cəbhədə vəziyyət gərgindir

Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edirlər. Atışmalar əsasən Ermənistanın Noyemberyan rayonunun Voskevan, Berdavan, İcevan rayonunun Azatamut, Berkaber kəndlərində, işğal olunmuş Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə