Zöhrab Abdullayev: "Müxalifətçilər arasında "vahid namizəd" məsələsi ilə bağlı problemlər var"
Müsahibimiz BAXCP-nin sədr müavini Zöhrab Abdullayevdir
- Zöhrab müəllim, yeni bir qurumun - "16-lar"ın yaranması müxalifət düşərgəsində pərakəndəliyi, dağınığlığı aradan qaldıra bilərmi?
- Müxalifət yarandığı gündən bu günə kimi bir çox qrumlar yaratsa da onların heç bir ciddi nəticəsi olmayıb. Yəni, müxalifət düşərgəsini təmsil edən qüvvələr birləşmələrə çalışsalar da bu birləşmələrdən istədikləri nəticəni əldə edə bilməyiblər, və bunlardan ümumiyyətlə heç nə gözləmək olmaz. Cünki, onların hamısı bir-biri ilə pərdəarxası mübarizə aparır.
- Sizcə, "16-lar"la "İctimai Palata" arasında münasibətlərin kəskinləşməsi kimin xeyrinə nəticələnəcək?
- Demək olar ki, "16-lar"la "İctimai Palata" arasında qarşılıqlı ittihamlar var. Amma sözügedən qüvvələr arasında hər hansı bir ciddi qarşıdurmanın olmasını zənn etmirəm. Dağıdıcı müxalifət 2013-cü ildə keçiriləcək prezident seçkisi ilə əlaqədar özlərini bir müddət gündəmdə saxlamaq üçün bu kimi qeyri-ciddi məsələlərə əl atırlar. Bu gün müxalifətin elə bir gücü yoxdur ki, onla nə isə bir iş görsünlər. Bu da onların zəifliyinin göstəricisidir.
- Müxalifətin ayrı-ayrı bloklarının, qrumlarının yaradılması nəticə etibarı ilə düşərgə daxili qeyri-müəyyənliyin eləcə də gərginliyin və bütün bunların fonunda parçalanmaların daha da dərinləşməsinə gətirib çaxarmayacaq ki?
- Demək olar ki, bu gün müxalifətdə parçalanmalar var. Sadəcə olaraq, partiyaların yeri dəyişilir. Yəni, gündəmdə qalmaq üçün müəyyən fikirlər səsləndirilir. Bir sözlə, müxalifətdə ayrı-ayrı blokların, qrumların yaradılması müsbətə doğru hər hansı bir dəyişikliklərin olunmasına səbəb olan deyil.
- Sizcə, ayrı-ayrı partiyaların müxtəlif qrumlarda birləşməsi onların "vahid namizəd" məsələsində ortaq məxrəcə gəlməsində ciddi problemlər yaratmayacaq ki?
- Müxalifətçilər arasında indidən "vahid namizəd" məsələsin ilə bağlı problemlər var. Müxalifətdə ayrı-ayrı qurum yaranırsa "vahid namizəd" məsələsi imkansızdır. Bu baxımdan, istər "İctimai Palata" da, istədsə də "16-lar"da "vahid namizəd" məsələsində nəticə alınan deyil. Yəni, müxalifət qüvvələrinin "vahid namizəd" məsələsində bir araya gələcəkləri inandırıcı görünmür.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB