Hadi Rəcəbli: "Ermənistan demoqrafik bataqlıqdan qurtula bilməyəcək" MÜNASİBƏT

Hadi Rəcəbli: "Ermənistan demoqrafik bataqlıqdan qurtula bilməyəcək" MÜNASİBƏT

"Miqrasiya bu və ya digər ölkədə yaranmış demoqrafik problemin yoluna qoyulması ilə əlaqədar ümidləri doğrultmur. Bu mənada, Ermənistan bununla ölkədə getdikcə dərinləşən demoqrafik bataqlıqdan qurtula bilməyəcək". SİA-nın YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Ermənistana hətta Suriyadan və Livandan müəyyən sayda ermənilər axışıb gəlsə belə, bu demoqrafik böhrandan xilas yolu deyil. Onun sözlərinə görə, bu ölkələrdən Ermənistana köçürülməyə razılıq verəcək erməni kontingentinin tərkibi də şübhə doğurur.

"Lakin Ermənistanın özündə vəziyyət Suriyadan da pisdir. Buna görə də, mən Suriyada və Livanda, yaxud digər dünya ölkələrində yaşayan ermənilərin Ermənistana daimi yaşamaq üçün gələcəklərinə şübhə edirəm. Sözsüz ki, Ermənistan hakimiyyəti həmin erməniləri Azərbaycanın işğal olunmuş torpaqlarına yerləşdirməyə çalışır. Bu ermənilərdən kimlərsə daimi yaşamaq üçün Ermənistana gələrsə belə, onlar Dağlıq Qarabağda məskunlaşmağa razı olmazlar. Erməni qaçqınlar əmindirlər ki, Qarabağ onların torpağı deyil və onlar bir qeyri-sabit yeri digərinə dəyişmək istəməzlər", - deyə, komitə sədri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə