Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos missiyasını başa vurub. Qeyd edək ki, Konstantin Yerokostopulos artıq Bakını tərk edib. Avropa Şurasından verilən məlumata görə, hazırda yeni xüsusi nümayəndə postuna namizəd seçimi prosesi gedir. Seçim prosesinin oktyabrda başa çatacağı gözlənilir. Qeyd edək ki, K.Yerokostopulos bu vəzifəyə 2011-ci ilin fevralında təyin olunub. Bakıda missiyasını başa vuran diplomat təqaüdə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB