Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sentyabrın əvvəlində Ermənistanda hərbi təlimlərə hazırlaşmasını bir növ region dövlətlərinə güc nümayişi kimi dəyərləndirmək olarmı? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aparılan danışıqlar prosesində Ermənistanda hərbi təlimlər planlaşdırması münaqişənin həllinə əngəllər yaratmağa hesablanmayıb ki?
Bu sualları cavablandıran politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ciddi bir qurum və təşkilat kimi qəbul etmək lazım deyil. Ermənistanda hərbi təlimləri Rusiya tərəfi keçirəçək. Lakin bu təlimlər heç də bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandıran və özünü NATO-ya alternativi kimi təqdim edən bir qurumun ciddiliyinə əsas vermir.
"Bildiyiniz kimi, Rusiyanın hərbi bazası işğalçı ölkə olan Ermənistanda yerləşir. Həmin hərbi bazada mütəmadi olaraq hərbi təlimlər keçirilir. Bunu da Rusiyanın Ermənistanda keçirdiyi növbəti təlimlər kimi dəyərləndirmək lazımdır. Rusiya Ermənistanda hərbi təlimlər keçirməklə kimə güc nümayiş etdirəcək? Güc onsuz da nümayiş olunub, Azərbaycan ərazilərinin işğal olunması prosesində Rusiyanın da birbaşa rolu var. Bu gün də Rusiya tərəfi işğalçı ölkə olan Ermənistanı dəstəkləməkdə davam edir. Yəni Rusiya işğalçı tərəf kimi çıxış edir. Bir sözlə, KTMT-ni bir o qədər də ciddiyə almaq lazım deyil".
Politoloq onuda bildirib ki, Rusiyanın və Ermənistanın fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə əngəllər yaratmağa yönəlib: "Ermənistan işğalçı tərəfidir və Azərbaycan ərazilərini işğal edib. O cümlədən, işğalçı ölkə beynəlxalq hüquq normalarını ciddiyə almır. Yəni, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda hər hansı bir razılığa gələrək heç bir addım atmır. Demək olar ki, işğalçı ölkə münaqişənin sülh yolu ilə tənzimlənməsinə qarşı çıxır. Bu istiqamətdə də vaxtın uzadılmasına çalışır. Rusiyada bu məsələdə Ermənistanın müttəfiqidir. Yəni, RF mövcud status-kvonun qorunub saxlanmasının tərəfdarıdır. Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sentyabrın əvvəlində Ermənistanda hərbi təlimlərin keçirilib-keçirilməməsindən asılı olmayaraq Rusiya və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimləməsində maraqlı deyillər".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB