SİA-nın müsahibi politoloq Cümşüd Nuriyevdir
- Müxalifət partiyalarının sədrlərinin bir-birlərini qəbul etməməsi tendensiyası ACP lideri Rəsul Quliyev və Müsavat başqanı İsa Qəmbər arasında baş verən çəkişmələrdə daha çox özünü göstərir. Bunların bir-birini qəbul etmək istəməməsinin kökündə nə dayanır?
- Bunun üçün keçmişə tarixi səfər etmək lazımdır. Azərbaycanda Rəsul Quliyevlə İsa Qəmbər heç bir zaman bir-birini qəbul etməyiblər. Bunlar müxtəlif cəbhələrdə duran, amma vaxtilə eyni cəbhələrdə olan adamlardır. Çünki xalq cəbhəsinin vaxtında R.Quliyev baş nazirin müavini gəldi. Bunlar onu qabağa çəkmişdi. Amma müqayisə edəndə hər ikisi spiker olub. Rəsul Quliyev daha çox təsərrüfat adamıdır. Bunların bi-birini qəbul etməməsinin əsas səbəbi var. Əvvəla R.Quliyev İsadan qabaq spiker olub. O həm də Rəsul Quliyevdən yaşca kiçikdir. Bu günə qədər R.Quliyev bunu qəbul edə bilmir. Bunlar arasında qarşıdurmanın əsas səbəbi budur. Burda nə dövlət marağı var, nə millət marağı var. Əsas maraq R.Quliyevin İ.Qəmbəri qəbul edə bilməməsidir.
- Bu hal müxalifət düşərgəsində vahid namizəd məsələsinin müəyyən oluna bilməməsini daha da çətinləşdirmir ki?
- Son vaxtlar müxalifət yeni eşqə düşüb. Bu artıq başqa bir tapşırıqdır. Vahid namizəd kimi Lalə Şövkətin irəli sürülməsini gündəmə gətirirlər. Amma bu da uğursuz bir gedişdir. Azərbaycan özündə və Azərbaycandan kənarda da axtarsaq İlham Əliyevə alternativ olan kimsə yoxdur. Ziyalılarımızın içərisində siyasi cəhətdən yetkin olan bir insan görmürəm. Müxalifət düşərgəsində siyasi cəhətdən yetişkənliyi, istər cəmiyyətdə reputasiyası, istər hadisələrin gedişinə müdaxilə etmə qabiliyyəti və başqa parametrləri götürsək elə bir namizədi görmürəm. İndidən müxalifət birmənalı şəkildə qəbul etməldir ki, bunlar İlham Əliyevə alternativ olan bir adamı yoxdur.
- Müxalifətin vahid namizəd məsələsində Pənah Hüseynova üstünlük verildiyi də bildirilir. Bu məsələdə İ.Qəmbərlə Ə.Kərimlinin iddialarından geri çəkilmələri təəccüb doğurmur ki?
- Yalnız İsa Qəmbər P.Hüseynova görə, iddialarından geri çəkilə bilər. Amma Ə.Kərimlinin iddialrından geri çəkməsi ehtimalı sıfıra bərabərdir. Ə.Kərimov vahid namizəd postunu hətta atasına belə keçməz. 1998-ci il prezident seçkilərində Ə.Elçibəyin vahid namizəd olmasına imkan vermədilərsə, indi bunlar P.Hüseynovu hansı cəhətlərinə görə vahid namizəd seçəcəkləri ağlabatan deyil.
- Əli Kərimli, İsa Qəmbər və başqaları seçki məğlubiyyətlərini indidən sığortalamaq üçün P.Hüseynov kimi şəxsin namizədliyinin irəli sürülməsinə maraq gösrətmirlər ki?
- Bizim müxlifət komputerin yaddaş kartına oxşayan bir şeydir. Bunlara hansı martealı yükləyirlərsə, həmin materalın çərçivəsində çıxış edirlər. P.Hüseynin namizədliyi məsələsi okeanın o tayından gələn bir tələbdir. Bu tələbin icrasını ona görə gündəmə gətirirlər ki, Ə.Kərimli ilə İ.Qəmbərin reputasiyası çox aşağıdır. P.Hüseyn də onlarla müqayisədə heç bir partiya sədri deyil. P.Hüseynovun yeni siyasi kart kimi gündəmə gətirilməsinin arxasında Qərbin ayrı maraqları durur.
- Cümşüd müəllim, qeyd edirsiz ki, bu məsələdə Qərbin ayrıca maraqları var. Bu maraqlar nədən ibarətdir?
- Birincisi, Qərb Azərbaycan Prezidentinə siyasi cəhətdən qalib gələ bilmir. Çünki Prezident professional diplomatdır. MDB məkanında götürsək yeganə bu sahədə baza təhsili olan bir şəxsdir. Dünya dövlətlərinin başçılarının əksəriyyəti iqtisadi təhsili olanlardır və yaxud da Corc Buş kimi heç nəyi olmayanlardır. Yəni təsadüfi adamlar çoxdur. Elə Serj Sarkisyanın özü kimi. Ona görə də Qərb bunu əldə etmək istəyir. İkincisi, Qərb Azərbaycanın karbohidrogen yataqlarına nəzarəti ələ keçirməyə çalışır. Heydər Əliyevin uzaqgörənliyi nəticəsində İlham Əliyev də neft sektorunda vaxtilə çalışdığına görə, bu sahəni xırdalıqlarına qədər bilir. Buna görə də onların bu sahəni ələ keçirmək imkanları məhduddur. Hansı ölkələrdə ki, prezidentlər onların qoyduğu çərçivədən kənara çıxmağa çalışır və öz xalqına nəsə etmək istəyirsə, onlar bunu cəzalandırırlar. ABŞ-ın maraqları həmin bu sistemdir. ABŞ-da hər şey beşinci kalonla idarə olunur. Barak Obama orda heç kəsdir. Bunu gizlətməyin heç bir mənası yoxdur. Hal-hazırda ərəb ölkələrində gedən proseslərin arxasında da bu dayanır. ABŞ Azərbaycanı ələ keçirməklə həm də Rusiyanı parçalamaq istəyir. Regionda favorit dövlət Azərbaycan qalıb.
- Qərbdə elə anti-azərbaycan qüvvələri varmı ki, Pənah Hüseynovu dəstəkləsin?
- Pənah Hüseynov utanmadan hər şeyi deyə bilir. Qərbin anti-Azərbaycan meyilli qüvvələrinə də bu tip adamlar lazımdır. O siyasətdə gözünü açandan özünü çayxana səviyyəsində olan müxalifətin əsas ideloloqlarından biri kimi təqdim edir. Burda bütün məsələlər həmin statusda, yəni başqalarından daha tez danışmaq - "qara məni basınca qoy qaranı mən basım" prinsipi ilə işləyir. Bunların kimdən xoşu gəlmirsə ona şər atırlar. Adi insanlardan tutmuş prezidentə qədər şər atırlar. Sonra da məhkəməyə düşəndə deyirlər ki, söz azadlığı pozulub.
Babək Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB