ABŞ-da matəm günü elan olunub

ABŞ-ın Kolorado ştatındakı kinoteatrda baş verən qanlı terror aktı səbəbi ilə seçkiqabağı səfərini yarımçıq qoyan və paytaxt Vaşinqtona qayıdan ABŞ prezidenti Barak Obama ölkədə matəm günü elan edib. SİA xəbər verir ki, onun göstərişinə əsasən, ABŞ-ın bütün dövlət bayraqları, o cümlədən hərbi idarələrdə və xaricdəki nümayəndəliklərdə asılmış bayraqlar 25 iyun tarixində gün batana kimi aşağı salınacaq.

Xatırladaq ki, 19 iyul tarixində axşam saatlarında Aurora şəhərində yerləşən kinoteatrda "Betmen" filminin yeni hissəsinin premyerası zamanı silahlı şəxsin açdığı atəş nəticəsində 12 nəfər ölüb, 59 nəfər yaralanıb. Bu hücumda şübhəli bilinən 24 yaşlı yerli universitet tələbəsi Ceyms Holms saxlanılıb.

Şahidlər bildirir ki, qatil xüsusi təyinatlı polis geyimi geyimində, əlehqaz və qara gülləkeçirməzdə olub. Ceyms avtomat, ov tüfəngi və iki tapança ilə silahlanıb. Atəş açmamışdan qabaq isə o, zala qumbara atıb.


Bütün xəbərlər Facebook səhifəmizdə