Fikrət Sadıqov: \"Dağlıq Qarabağdakı “seçkilər” Ermənistan hakimiyyətinin itən nüfuzunun bərpasına cəhdidir\"-AÇIQLAMA

Fikrət Sadıqov: \"Dağlıq Qarabağdakı “seçkilər” Ermənistan hakimiyyətinin itən nüfuzunun bərpasına cəhdidir\"-AÇIQLAMA

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin intensivləşdiyi bir dövrdə Ermənistan dövləti yeni bir təxribata əl atdı. Bu Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri" oldu. Məsələyə dərhal münasibət bildirən Azərbaycan xarici işlər nazirliyi qeyd etdi ki, bu hərəkətlər nəinki sülhə xidmət etmir, həm də danışıqlar prosesinə zərbə vurur. Ermənistanın status-kvonu saxlamağa cəhd etdiyindən və Ermənistanın nizamlanma ilə bağlı siyasi iradəsinin olmamasından xəbər verir. Qeyd edək ki, Ermənistanın bu təxribatçı addımı həmsədrlərin bu vaxta qədər münaqişənin həlli istiqamətində apardığı proseslərə mənfi təsir göstərdi. Politoloq Fikrət Sadıqov qeyd etdi ki, Ermənistan növbəti dəfə ciddi siyasi təxtibata əl atdı. Lakin reallıq odur ki, separatçı qurumun təşkil etdiyi qondarma \"seçkiləri\" Ermənistanın yaxın tərəfdaşları belə tanımır: \"Ermənistanın və separatçıların bu cür şou təşkil etməsinin səbəbi öz əhalisinin gözündə yalançı qəhrəman yaratmaqdan başqa bir şey deyil\".

Fikrət Sadıqovun sözlərinə görə, beynəlxalq aləmdə nüfuzunu itirən Ermənistan siyasi elitası bu yolla erməni əhalisinin gözündə yüksəlməyə çalışır. Ancaq məsələnin reallığına baxdıqda bu legitimlikdən uzaq bir şeydir. Politoloqun fikirincə, Azərbaycan separatçı qurumun bu təxribatçı addımına görə, danışıqlar prosesini dayandırmayacaq. Yenə də Minsk qrupu həmsədrləri ilə birlikdə münaqişənin həlli istiqamətindəki fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, qondarma \"seçkiləri\" izləmək üçün bir sıra ölkələrin parlament üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə gediblər. Fikrət Sadıqov qeyd etdi ki, həmin siyasətçilər dövlətlərin maraqlarını əks etdirmir. Bunlar sadəcə erməni lobbisinin onlara verdiyi pul əsasında bu cür hərəkətlər edirlər. Qeyd edək ki, müxtəlif ölkələrin müşahidəçilərin iştirakına münasibət bildirən xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib ki, bu adamlar Azərbaycan hakimiyyətinin razılığı olmadan işğal edilmiş ərazilərə getdiklərinə görə arzuolunmaz şəxslər kimi tanınacaqlar.

Separatçı qurumun qondarma \"seçkiləri\" dünya ictimaiyyəti tərəfindən də xoş qarşılanmadı. Belə ki, ABŞ,Türkiyə, Almaniya, Rumınıya, Polşa, Gürcüstan. o cümlədən digər ölkələr və beynəlxalq təşkilatlar bu qondarma \"seçkiyə\" etirazlarını bildirdilər. Bu Ermənistanın növbəti dəfə xarici siyasətdə məğlub olmasından xəbər verir.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə