Lerikdə “Siyasi partiyaların KİV-lə əməkdaşlığı” mövzusunda treninq keçirilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Liderliyə gedən yol" gənc siyasətçilər üçün Lerik Yay məktəbinin üçüncü günü davam edir. SİA-nın verdiyi məlumata görə, bu gün bu gün Lerik Yay məktəbinin məsul şəxsi, YAP Binəqədi rayon Gənclər Birliyi İdarə Heyətinin üzvü Jalə Tofiqqızının təqdimatında "Siyasi partiyaların KİV-lə əməkdaşlığı, təbliğat-təşviqat işi" mövzusunda treninq keçirilib. Məlumata görə, treninq interaktiv formada gənclərin fəal iştirakı ilə baş tutub. Moderator Jalə Tofiqqızı siyasi partiyalarla KİV-in əməkdaşlığının vacibliyindən danışıb. O, kütləvi informasiya vasitələrinin fəaliyyət mexanizmindən, medianın cəmiyyətin həyatına mümkün təsirlərindən, ictimai-siyasi proseslərin obyektiv işıqlandırılması işində mətbuatın müsbət və mənfi təsirlərindən bəhs edib. Qeyd edib ki, media XXI əsrdə ən güclü təsir və tənzimləmə mexanizmi olmaqla yanaşı, həm də vətəndaşları informasiya ilə təmin edən vasitədir. Bu baxımdan təbliğat-təşviqat işinin düzgün qurulması hədəfə çatmağın açarıdır.
Tədbirdə millət vəkili Aydın Mirzəzadə "Siyasi partiya nədir, onun faəliyyət istiqamətləri, mətbuatla işin qurulması barədə danışıb. Milli Məclisin deputatı deyib ki, cəmiyyətdə fəaliyyət göstərən siyasi partiyalarla mətbuatın əməkdaşlığı demokratiyanın göstəricisidir. Azərbaycanda müstəqil mətbuatın inkişafı üçün dövlət tərəfindən bütün addımlar atılıb. Hazırda ölkəmizdə müxtəlif siyasi mövqeyə malik olan qəzet və jurnallar çap olunur. Treninqdə mövzu ətrafında müzakirələr aparılıb. Millət vəkili Aydın Mirzəzadə gənclərin də buna dair fikirlərini dinləyib.
Layihənin davamı olaraq J.Tofiqqızının moderatorluğu ilə mətbuat konfransının keçirilməsi ilə bağlı treninq-müzakirələr təşkil olunub, gənclərin fikirləri öyrənilib. Səmimi şəraitdə keçən bu görüş gənclərin böyük marağına səbəb olub. Treninq müddətində gənclər arasında 4 qrup formalaşdırılaraq "Wrap up" oyunu təşkil olunub. Həmin qruplar treninqdə siyasi partiya ilə mətbuatın əməkdaşlığına dair öyrəndiklərini əyani formada tədbiq ediblər, qruplararası mətbuat konfransı təşkil olunub.
Qeyd edək ki, III tur Lerik yay məktəbində Yeni Azərbaycan Yartiyasının Bakı şəhərinin 12 rayonun, Sumqayıt, Şəki şəhərləri, Qəbələ, Balakən, İsmayıllı rayonları və Naxçıvan Muxtar Respublikası təşkilatlarından ümumilikdə 75 gənc təmsil olunur. Yay məktəbi öz işini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB