1990-cı il 20 Yanvar faciəsindən sonra hakimiyyət kürsüsünə sahib çıxan Ayaz Mütəllibob iki gün öncə Moskva həyatına son qoyaraq Bakıya qayıdıb. SİA-nın xatırlatmasına görə, bu qayıdış eks-prezidentlər haqqında Milli Məclisin çıxardığı qərardan sonra baş tutub.
Qeyd edək ki, eks-prezident Ayaz Mütəllibov Azərbaycan torpalarının itirilməsində, Xocalı qətliamının baş verməsində göstərdiyi qətiyyətsizliyə, faktları gizlətdiyinə, ölkənin ərazi bütövlüyün qorunmasında öz vəzifələrini icra edə bilmədiyinə və s. və s. cinayətlərə görə axtarışda idi. Amma Milli Məclisin məlum qərarından sonra Azərbaycana qayıtdı.
Onu aeroportda qohumları və yaxınları, habelə... ASDP sədri Araz Əlizadə qarşılayıblar. A.Mütəllibov hələ oğlunun dəfn mərasiminə gələndə demişdi ki, siyasətdən gedir. Amma A.Əlizadənuin qarşılanmada iştirak etməsi və mediaya eks-prezidentin gələcək planları haqda məlumat verməsi A.Mütəllibovun siyasətdən gedəcəyi proqnozlarına kölgə salır. Daha doğrusu A.Mütəllibovun eks-prezident statusu alandan sonra əlini əlinin üstünə qoyub oturacağı inandırıcı görünmür. Ən azından onu \"köhnə dostları\" siyasi fəaliyyətə təhrik edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB