YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib - FOTO

YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib.

SİA-nın verdiyi məlumata görə, iclasda çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

Eyni zamanda, Azərbaycanın son dövr ərzində əldə etdiyi siyasi, iqtisadi, sosial və humanitar nailiyyətlərə diqqət çəkən Aydın Hüseynov vurğulayıb ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmiz Cənubi Qafqaz regiounun geosiyasi və geoiqtisadi qiqantına çevrilib.

Rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının da dünyada artan nüfuzundan bəhs edib və partiyanın nailiyyətlərinə nəzər salıb.

Sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədrinin müavinləri, İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticələrindən söz açıblar.

Daha sonra gündəlikdə duran məsələlərə baxılıb.

İclasda Ümummilli lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın I katibi seçilməsilə əlaqədar "Milli dövlətçilik təfəkkürünün başlanğıcı" mövzusunda tədbirin keçirilməsi və YAP Mərkəzi Aparatının təşəbbüsü ilə keçirilən "Yay məktəb"lərində rayon təşkilatının fəal gənclərinin iştirakı haqqında qərar qəbul edilib. Həmçinin, yeni yaradılacaq və partiyanın üzvlüyünə qəbul edilmiş ilk partiya təşkilatlarının qərarları təsdiq olunub.

Sonda cari məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə