İyulun 11-də qoşunların Azərbaycanın işğal altındakı ərazilərindəki təmas xəttində ATƏT-in monitorinqi keçiriləcək. Ermənistan mətbuatının verdiyi məlumata görə, Azərbaycan tərəfdən monitorinqi ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov (Bolqarıstan) və Uilyam Prayor (Böyük Britaniya) keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç (Macarıstan) və İrji Aberle (Çexiya) olacaqlar.
Monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin təmas xəttini minalardan təmizlənmiş ərazidən keçəcəkləri planlaşdırılır. Onları Dağlıq Qarabağ separatçılarının nümayəndələri müşayiət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB