Avropa İttifaqı Şurasının prezidentinin rəsmi qarşılanma mərasimi olub

Avropa İttifaqı Şurasının prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun rəsmi qarşılanma mərasimi olub. SİA-nın verdiyi məlumata görə,

Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyu qarşılayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Herman Van Rompuya, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə