YAP-ın fəal gəncləri Lerikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər - FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi" layihəsi çərçivəsində Lerik rayonuna səfər edən partiyanın fəal gəncləri bir sıra tədbirlərdə iştirak ediblər. SİA-nın verdiyi məlumata görə, onlar ilk öncə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsinə öz dərin ehtiramlarını bildiriblər.
Daha sonra gənclər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada onlara ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotolarla tanış olublar. Mərkəzin rəhbəri Usaməddin Abbasov ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu barədə ətraflı məlumat verib. Mərkəzlə yaxından tanış olan fəal gənclər oradan xoş təəssüratlarla ayrılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB