Səfər Əbiyev malayziyalı nazirlə əlaqələrin inkişafından danışıb

Səfər Əbiyev malayziyalı nazirlə əlaqələrin inkişafından danışıb

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Malayziyanın baş nazirinin departamentinin naziri Dato Seri Mohamed Nazri bin Azizi qəbul edib. SİA-nın Nazirliyin mətbuat xidmətindən aldığı məlumata görə, müstəqillik əldə edən Azərbaycanın 20 il ərzində inkişaf yolu barədə söhbət açan nazir Səfər Əbiyev bölgədəki hərbi-siyasi vəziyyət barədə də qonağı məlumatlandırıb.

Görüşdə ölkələrarası hərbi əməkdaşlığın qurulması istiqamətində geniş fikir mübadiləsi aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə