"Şəki şəhəri ərazisində dağıntılar olmasa da qorxudan həyəcan keçirən və həkimə müraciət edən olub. Xoşbəxtlikdən insan tələfatı və dağıntılar olmasa da bəzi evlərə ciddi ziyan dəyib. Təxmini olaraq 30-a yaxın ev ziyan çəkib. Bununla bağlı FHN-ə müraciət edilib. Bütün gecəni Şəki sakinləri, xüsusən çoxmərtəbəli binalarda yaşayanlar həyətlərdə keçirib".
Bu arada zəlzələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin rəsmi saytında bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 26 iyun 2012-ci il tarixində Bakı vaxtı ilə saat 01:05-də Şəki şəhərindən 10 km qərbdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 4,5 bal təşkil edib. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB