Nikolay Bordyuja Azərbaycanı hədələdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Azərbaycanı hədələyir. KTMT baş katibi öz "hərbçi səmimiyyəti" ilə İrəvanda bildirib ki, əgər erməni hərbçiləri Azərbaycanla müharibə başlayacağı təqdirdə güc gələ bilməsələr, onlar özləri Ermənistana kömək edəcəklər. Ermənistanın bu quruma üzvlüyünün Azərbaycan üçün maneə faktoru ola biləcəyi barədə suala isə cavabı isə müsbət olub. O qeyd edib ki, müttəfiqlərin mövcudluğu və tərəfdaşların köməyi çox vacib faktordur.


Rusiyalı general bildirib ki, Ermənistanın KTMT-yə üzvlüyü Qafqaqzda stabilliyi qorumaq nöqteyi nəzərindən çox müsbət faktordur. Bordyuja sadəcə olaraq siyasi savadsızlığı ilə kimin torpağının kim tərəfindən işğal edildiyini bilmir.


Azərbaycanın ünvanına tez-tez hədələrlə çıxış edən generalın ritorikasına fikir verməmək də olar. Məşhur məsəldə deyildiyi kimi: "İt hürər, karvan keçər". Ancaq kiçik bir nüans var. Rusiya rəhbərliyi dəfələrlə qeyd edib ki, Azərbaycan onlar üçün çox vacib strateji tərəfdaşdır. Onda, generalın boşboğazlığını necə başa düşmək olar?


Bəlkə ona başa salmaq lazımdır ki, o sadəcə hərbçidir və vəzifəsi ictimai, siyasi bəyanatlar səsləndirmək yox, əmrləri icra etməkdir.


Qeyd edək ki, İrəvan da cənab Bordyujanın çox xoşuna gəlir. Burada o digər KTMT-ya üzv ölkələrin paytaxtlarına nisbətən daha çox olur. Bunun nə ilə bağlı olduğunu ancaq Allah bilir, Amma.../ANS/

Bütün xəbərlər Facebook səhifəmizdə